YUMURTA YÜKÜ APARMAQ
YUMURTASI TƏRS GƏLMƏK
OBASTAN VİKİ
Yun
Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər. == Ümumi məlumat == Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər. Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır.
Ma Yun
Cek Ma və ya Ma Yun (çin. 马云; 10 sentyabr 1964, Hançjou[d]) — "Alibaba Group"un yaradıcısı; dünyanın ən varlı şəxslərindən biri. == Həyatı == Əsl adı Yun Ma olsa da, hazırda bütün dünya onu Cek Ma kimi tanıyır. Cek Ma 10 sentyabr 1964-cü ildə Çinin ən böyük şəhərlərindən olan Xançjouda anadan olub. Dəqiq fənlər üzrə təmayüllü məktəbdə təhsil alıb. İngilis dilini öyrənməyə üstünlük verən Ma hətta dil qabiliyyətini genişləndirmək üçün Çinə gəzməyə gələn turistlərə bələdçilik də edib. Tərcümeyi-halında qeyd edilənlərə görə, gələcəyin iş adamı 8 yaşında velisopedinə minib otel-otel gəzir və turistlərə öz xidmətlərini təklif edirmiş: "Məhz həmin vaxt xaricilərin məktəbdə bizə təqdim etdiklərindən çox fərqli olduqlarının şahidi oldum". == Şəhərin ən pis ali məktəbində == Ma iki dəfə kollecə qəbul olmaq istəsə də, cəhdləri uğursuz alınır. Sonda Xançjou Müəllimlər İnstitutuna daxil olmağı bacarır. Sözügedən ali məktəb isə özünün dedyiyinə görə, o zaman şəhərdə ən zəif təhsil müəssisəsi sayılırmış.
Yun Ma
Cek Ma və ya Ma Yun (çin. 马云; 10 sentyabr 1964, Hançjou[d]) — "Alibaba Group"un yaradıcısı; dünyanın ən varlı şəxslərindən biri. == Həyatı == Əsl adı Yun Ma olsa da, hazırda bütün dünya onu Cek Ma kimi tanıyır. Cek Ma 10 sentyabr 1964-cü ildə Çinin ən böyük şəhərlərindən olan Xançjouda anadan olub. Dəqiq fənlər üzrə təmayüllü məktəbdə təhsil alıb. İngilis dilini öyrənməyə üstünlük verən Ma hətta dil qabiliyyətini genişləndirmək üçün Çinə gəzməyə gələn turistlərə bələdçilik də edib. Tərcümeyi-halında qeyd edilənlərə görə, gələcəyin iş adamı 8 yaşında velisopedinə minib otel-otel gəzir və turistlərə öz xidmətlərini təklif edirmiş: "Məhz həmin vaxt xaricilərin məktəbdə bizə təqdim etdiklərindən çox fərqli olduqlarının şahidi oldum". == Şəhərin ən pis ali məktəbində == Ma iki dəfə kollecə qəbul olmaq istəsə də, cəhdləri uğursuz alınır. Sonda Xançjou Müəllimlər İnstitutuna daxil olmağı bacarır. Sözügedən ali məktəb isə özünün dedyiyinə görə, o zaman şəhərdə ən zəif təhsil müəssisəsi sayılırmış.
Yun Fosse
Yun Fosse (ing. Jon Fosse; 29 sentyabr 1959[…], Hauqesund[d], Ruqalann[d]) — norveçli yazıçı və dramaturq, O, Henrik İbsendən sonra ən çox ifa olunan Norveç dramaturqudur. Tez-tez "yeni İbsen" olaraq adlandırılan Fossenin əsərləri 19-cu əsrdə İbsen tərəfindən qurulan dramatik ənənənin müasir davamını təmsil etdiyi qeyd edilir.2023-cü il üzrə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2023). == Həyatı == Nobel Komitəsi 2023-cü ilin oktyabrın 5-də Norveç dramaturqu Yun Fossenin ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldüyünü elan edib. Qərarın əsaslandırıcı hissəsində deyilir ki, yazıçı "anlaşılmaz olanı ifadə etməyə imkan verən yenilikçi pyesləri və nəsrinə görə" bu mükafata layiq görülüb.
An Yun-Hva
An Yun-Hva (d. 20 fevral 1981) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == An Yun-Hva Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Kim Hyeon-yun
Kim Hyeon-yun (18 oktyabr 1992) — Cənubi Koreyalı atıcı. Kim Hyeon-yun Cənubi Koreyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kim Hyeon-yun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 624.4 xal toplayaraq 11-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Kim Yun-min
Kim Yun-min (13 noyabr 1999-cu ildə Cənubi Koreyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Cənubi Koreyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Yun-min Kvanju akademiyası vasitəsilə inkişaf etmişdir. Yun-min öz peşəkar karyerasında debütünü 3 mart 2018-ci ildə Ried klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Məhəmməd Kamara ilə əvəz olunmuşdur. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 12 mart 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Li Ho-Yun
Li Ho-Yon (d. 3 may 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Ho-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Li Sın Yun
Li Sın Yun (18 aprel 1995, İnçxon) — Cənubi Koreyalı oxatan. Li Sın Yun 2013-cü ildə Dünya Çempionatında və 2016-cı ildə Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin 2014-cü ildə Asiya Oyunlarında üçüncü yeri tutub. == Karyerası == Li Sın Yun birinci ciddi uğurunu 2013-cü ildə Türkiyənin Antalya şəhərində qazandı. Li Sın Yun final görüşüdə daxil olmaqla bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qızıl medalını qazandı. Bir il sonra o, vətənində Asiya Oyunlarının bürünc medalını qazandı. 2016-cı il isə Li Sın Yun üçün daha əhəmiyyətli oldu. O, Braziliyanın Rio-de-Janeyro şəhərində, komanda yoldaşları Ku Bon-Çan və Kim Voo-Jin ilə birgə birinci yeri tutaraq Olimpiya çempionu oldu.
Li Yun-Yon
Li Yun-Yon (d. 3 yanvar 1979) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Yun-Yon Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Qızıl Yun ordeni
Seçkin Qızıl Yun Ordeni (isp. Insigne Orden del Toisón de Oro,alm. Orden vom Goldenen Vlies‎) — 1430-cu ildə Burqundiya hersoqu Xeyiryah Filipp tərəfindən Portuqaliyalı İzabella ilə evliliyini qeyd etmək üçün Brüggedə əsası qoyulmuş katolik cəngavərlik ordeni. Bu gün ordenin iki qolu mövcuddur, yəni İspan və Avstriya Qızıl Yun ordenləri. Hazırkı qrossmeysterlər müvafiq olaraq İspaniya Kralı VI Felipe və Habsburq-Lorren sülaləsinin rəhbəri Karl fon Habsburqdur. Qızıl Yun dünyanın ən prestijli və tarixi cəngavərlik ordeni kimi tanınır. Hər bir medal bütöv qızıldandır və 2018-ci ildəki təxminən 50000 avro dəyərində olduğu təxmin edilir ki, bu da onu ən bahalı cəngavər ordeni edir. Ordenin hazırkı cəngavərləri arasında keçmiş Yaponiya İmperatoru Akihito, Bolqarıstanın keçmiş çarı Simeon, keçmiş Niderland Kraliçası Beatriks və digər 13 nəfər var. Avstriya qolunun cəngavərləri sırasına Mərkəzi Avropanın kiçik ərazilərinin 33 zadəgan və şahzadəsi daxildir, onların əksəriyyəti alman və ya Avstriya mənşəlidir.
Yon Ya-Yun
Yon Ya-Yun (5 fevral 1983) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yon Ya-Yun Cənubi Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub.
Yun Bon-qil
Yun Bon-qil (21 iyun 1908 – 19 dekabr 1932, Kanazava) — 1932-ci ildə Şanxayın Hongkew Parkında (indiki Lu Xun Parkı) bir neçə yapon görkəmli şəxsin ölümünə səbəb olan bombanı partlatmış Koreyalı müstəqillik fəalı idi. O, ölümündən sonra Koreya Respublikasının medalı ilə təltif edilib. 1962-ci ildə Cənubi Koreya hökumətinin Milli Fondu tərəfindən xidmətinə görə ordenlə təltif edilib. Yun Bon-qil abidələri Cənubi Koreyada (Seul), Çində (Şanxay), Yaponiyada (Kanazava) ucaldılıb. == Həyatı == Yun Bon-qil 1908-ci ilin iyununda Koreya İmperiyası illərində Yesan mahalında anadan olub. 1918-ci ildə Deoksan İbtidai məktəbinə daxil oldu, lakin müstəmləkəçilik təhsilini rədd edərək növbəti il ​​məktəbi tərk etdi. O, həmçinin Ochi Seosukda (Koreya və Çin dillərini öyrədən kənd məktəbi) oxuyub. Koreya 1905-ci ildə Yaponiya imperiyasının daxili altına alındığında, Yun problemli bir ölkədə böyüdü. 1910-cu ildə Koreyanın ilhaqı ilə yerli müqavimət əhəmiyyətli dərəcədə artdı. Bu, 1919-cu ildə Yaponiya hakimiyyəti tərəfindən aqressiv şəkildə əzilən 1 Mart Hərəkatı ilə yekunlaşdı (Yüzlərlə etirazçı Yapon polis qüvvələri və ordusu tərəfindən qətlə yetirildi).
Yun Donq-Cu
Yun Donq Cu və ya Yoon Donq Ju (윤동주 Hanca: 尹 東 柱; 30 dekabr 1917, Lunçzin[d], Qirin[d] – 16 fevral 1945, Fukuoka) tənqidi üslublu poeziyası ilə yanaşı lirik poeziyası ilə də tanınan, Çində dünyaya gələn koreyalı şair idi.Yun Çinin Jilin şəhərində koreyalı qaçqın ailəsində anadan olub, böyüyüb. Daha sonra Myenqdonq məktəbində oxuyub və Pyonqyanq Sonqsil orta məktəbini və Seul Yeonhee kollecini bitirib. Yeonhee kollecindəki ikinci ilində oğlanlar üçün jurnalda şeir nəşr etdi və rəsmi olaraq qəzet məqaləsində yer aldı. Yaponiyaya keçdikdən sonra 1942-ci ildə Kyoto Doşişa Universitetinə daxil oldu, lakin 1943-cü ildə Yaponiya əleyhinə hərəkət etdiyi iddiası ilə Yapon polisi tərəfindən həbs edildi. Fukuokada həbsxanada olarkən 100-dən çox şeir yazaraq 27 yaşında ölür.
Yun Son-Bo
Yun Son-Bo (d. 9 avqust 1960) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yun Son-Bo Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yun Son-Boq
Yun Son-Bo (d. 9 avqust 1960) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yun Son-Bo Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yun Ven Ma
Yun Ven Ma — karyerasını İqtisadçıda davam etdirən çinli blokçu. Voleyboldan başqa Formula-1 ilə də maraqlanır. == Karyerası == Karyerasına 2000-ci ildə "Şanxay Volleyball"ın B komandasında başlamışdı. 2003-cü ildə A komanda da oynamaq hüququ qazanmışdı. 2005-ci ildə Dünya Qran Prisində bürünc, Asiya və Okeaniya çempionatında qızıl qazanmışdı. 2008 Pekin Olmipiadasında da qızıl qazanan voleybolçu turnirdəki çıxışı ilə dəyərini birə-beş artırmışdı. 2012-cü ildə Asiya kubokunda, 2013-cü ildə isə Dünya Qran Prisində gümüş medal qazanır. 2013-cü ildə İqtisadçıya transfer olunaraq Azərbaycan Superliqasında oynayan ilk çinli olmuşdu.
Yun Yi-Ha
Yun Yi-Ha (d. 6 mart 1985) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yun Yi-Ha Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
Yun Yon Pe
Yun Yon Pe (kor. 배 윤영; 9 may 1998, Tequ) – Cənubi Koreya dəb modeli. Vittoriya Çeretti, Faretta, Halima Aden, Adut Akeç, Paloma Elsesser, Radhika Nair, Fran Sammer və Selena Forres ilə birlikdə "British Vogue" jurnalının "New Frontiers" üzlüyündə yer almışdır. == Karyerası == Pe 9 may 1998-ci ildə Cənubi Koreyanın Tequ şəhərində doğulmuşdur. Bir koreyalı stilist tərəfindən kəşf edildikdən sonra YGKPlus agentliyi ilə işləməyə başlamışdır. 2016-cı ildə Prada brendinin modeli kimi debüt etmiş, reklamlarında iştirak etmişdir. İkinci mövsümündə isə Chloé, Kenzo, Loewe və Christian Dior brendləri üçün podiuma çıxmışdır. "The Fashion Spot" jurnalına əsasən 2019-cu ilin bahar mövsümündə ən çox rezerv olunan modellərin siyahısında Pe holland model Kimi Villemslə bərabərə qalmışdır.Bunlardan əlavə, Chanel, Fenty x Puma, Céline, Valentino, Paco Rabanne, Marni, Versace, Moschino, Fendi, Christopher Kane, Burberry, J.W. Anderson, Coach New York, Michael Kors, Altuzarra, Victoria Beckham və Tommy Hilfiger brendləri üçün də modellik etmişdir. O, Luna Biyl, Anqok Mayen və Kara Teylor ilə birlikdə Diana fon Fürnstenberq kampaniyasında, eləcə də, Zara, Prabal Gurung, Tory Burch və Chanel brendlərinin kampaniyalarında iştirak etmişdir.2020-ci ilin aprelində Models.com saytı tərəfidən "top-50" modeldən biri kimi göstərilmişdir. "British Vogue" jurnalının redaktoru Rozi Vogel-Eades onu 2018-ci ilin payız-qış dəb həftəsinin top modellərindən biri kimi seçmişdir.
Yun Şal (1965)
== Məzmun == Kinolent iki sevən gəncin məhəbbət əhvalatından danışır. == Film haqqında == Film yazıçı İlyas Əfəndiyevin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Rauf Kazımovski Quruluşçu operator: Seyfulla Bədəlov Quruluşçu rəssam: Nadir Zeynalov Səs rejissoru: Əziz Şeyxov Əsərin Müəllifi: İlyas Əfəndiyev === Rollarda === Səfurə İbrahimova — Südabə Həsənağa Turabov — Cəlil Bəşir Səfəroğlu Ağadadaş Qurbanov Ətayə Əliyeva Hökümə Qasımova Bahadur Əliyev Məmmədəli Qasımov == Mənbə == “Yun şal” mavi ekranda. [Azərbaycanda ilk qısametrajlı televiziya filmi "Yun şal"] //Bakı.- 1965.- 19 iyun. “Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
Ço Hyun-Yun
Ço Hyun-Yun (d. 21 iyun 1981) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Ço Hyun-Yun Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Çou Yun-fat
Çou Yun-fat (Honkonq , 18 may 1955) – Honkonq aktyoru. Çou Yun Fat "Honq Konq Film İncəsənət Akademiyası"nın "İlin ən yaxşı aktyoru" nominasiyasına üç dəfə (1987, 1988 və 1990) layiq görülmüşdür. == Həyatı == Çou Yun-fat Honkonqun Lamma adasında çox yoxsul fermer ailəsində doğulmuşdur. Hobbisi fotoqrofçılıq idi. Bir çox işlərdə (poçtalyon, kuryer, dəhlizçi və s.) çalışmış və qəzetlərdəki elanların sayəsində TVB adlı çində yayımlanan kanalın studiyasına gələrək, bütün nümayişlərdən uğurla çıxır. Bu zaman aktyor təhsili yox idi. Əvvəllər televiziyada, ardınca seriallarda çəkilməyə başlayır. Çou Yu-fata ilk uğuru çin prodüseri və rejissoru Con Vunun 1986–cı ildə çəkdiyi "Yaxşı Sabah" filmində qazanır. 1990-cı illərin sonlarından başlayaraq Hollivud filmlərində rol alır. İlk Oskar mükafatını "Oturan pələng, gizlənən əjdaha" filmində qazanır.
Çou Yun Fat
Çou Yun-fat (Honkonq , 18 may 1955) – Honkonq aktyoru. Çou Yun Fat "Honq Konq Film İncəsənət Akademiyası"nın "İlin ən yaxşı aktyoru" nominasiyasına üç dəfə (1987, 1988 və 1990) layiq görülmüşdür. == Həyatı == Çou Yun-fat Honkonqun Lamma adasında çox yoxsul fermer ailəsində doğulmuşdur. Hobbisi fotoqrofçılıq idi. Bir çox işlərdə (poçtalyon, kuryer, dəhlizçi və s.) çalışmış və qəzetlərdəki elanların sayəsində TVB adlı çində yayımlanan kanalın studiyasına gələrək, bütün nümayişlərdən uğurla çıxır. Bu zaman aktyor təhsili yox idi. Əvvəllər televiziyada, ardınca seriallarda çəkilməyə başlayır. Çou Yu-fata ilk uğuru çin prodüseri və rejissoru Con Vunun 1986–cı ildə çəkdiyi "Yaxşı Sabah" filmində qazanır. 1990-cı illərin sonlarından başlayaraq Hollivud filmlərində rol alır. İlk Oskar mükafatını "Oturan pələng, gizlənən əjdaha" filmində qazanır.
Çxve Yun Xi
Çxve Yun Xi — Cənubi Koreyanın məşhur televiziya aparıcısı? yazıçı Çxve Yun Xi xoşbəxtlik haqqında 20 kitabın müəllifidir. O, 2010-cu ildə intihar etmişdir. 63 yaşlı yazıçı 72 yaşlı həyat yoldaşı ilə birgə özünü öldürüb. Onların cəsədi qaldıqları motel nömrəsində asılı vəziyyətdə tapılıb. Qadın ölümündən öncə yazdığı məktubda qeyd edib ki, iki ildir səhhəti pisləşib, ciyər və ürək xəstəliyindən əziyyət çəkib. Polis əməkdaşları isə hesab edir ki, xoşbəxtlik və ümid haqqında kitabların müəllifinə intihar etməkdə həyat yoldaşı yardım göstərib. Xanımın öldüyünə əmin olandan sonra, o, özünü də asıb.
Sencu yun fabriki
Sencu yun fabriki (千住製絨所, Sencu seycuşo) – Yaponiyanın ilk yun fabriki. Tokionun Sencu rayonunda yerləşirdi. == Tarixi == Sencu yun fabriki Meyci hökuməti tərəfindən müasir sənayeni inkişaf etdirmək məqsədilə yaradılmış bir çox model fabrikdən biri idi. Fabrik Almaniyadan gətirilmiş maşınlarla və alman texniklərlə yaradılmış, 1879-cu ildə fəaliyyət göstərməyə başlamışdır. Fabrikin məqsədi özəl müəssisələr üçün model təşkil etmək, eləcə də, ordunun hərbi formalara və digər yun məmulatlarına olan təlabatını ödəmək idi.Fabrikin idarəçiliyi 1881-ci ildə Kənd Təsərrüfatı və Ticarət Nazirliyinə, 1888-ci ildə isə Ordu Nazirliyinə keçmişdir. Digər dövlət müəssisələrindən fərqlənən cəhəti ölkəni tamamilə yeni sənaye sahəsi ilə tanış edən yeganə hökumət fabriki olması idi. Özəl yun sənayesi sektoru pambıqəyirmə və ipəksarımaya nəzərən ləng inkişaf etdiyi üçün Sencu yun fabriki bu sahədə əhəmiyyəti qoruya bilən yeganə müəssisə olmuşdur. XX əsrə qədər Yaponiyada yun parçalar istehsal edən əsas fabrik olmuşdur. == İncəsənətdə == Yasuci İnoenin "Tokionun 100 görünüşü" seriyasına (1881–1889) daxil olan şəkillərdən biri Sencu yun fabrikinə həsr olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
без переды́шки бурунду́чий вельмо́жа взвали́ться девчо́нкой закладно́й зарумя́нить моби́льность распосле́дний рестора́нный шпа́нский пла́виковая кислота уринотерапе́вт coinstantaneous exterminatory geography officious testament paraphrase pigeon's throat pivot joint Tigris unventilated дачевладелица об понижение